19 
İyn
2022
17:58
129
17
3646
Virtual karabakh

Marselo və Dani Alveş eyni klubda oynaya bilər

19 İyn, 2022
17:58
3646

Marselo və Dani Alveş eyni klubda oynaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Valyadolid” müdafiəni iki braziliyalı futbolçu ilə gücləndirmək istəyir.

Məlumata görə, Marselo və Dani Alves komandaya qoşula bilər. Onlar müvafiq olaraq “Real” (Madrid) və “Barselona”nı azad agent kimi tərk ediblər.

Klubun səhmlərinin 51%-nin sahibi və onun prezidenti olan keçmiş futbolçu Ronaldo təkcə heyətin ümumi səviyyəsini yaxşılaşdırmaq deyil, həm də sponsorlar üçün klubun cəlbediciliyini artırmaq məqsədilə Braziliya millisi üzrə iki keçmiş komanda yoldaşı ilə müqavilə imzalamaq istəyir.

Ehtimala görə, Marselo və Alveş əhəmiyyətli maaş azaldılması ilə razılaşmalı olacaqlar. Belə ki, “Valyadolid” onlara əvvəlki komandalarda aldıqları qədər pul ödəyə bilmir.

Qeyd edək ki, Ronaldonun komandası ötən mövsüm İspaniyanın ikinci divizionunu 2-ci pillədə başa vurub və aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri