23 
İyn
2022
12:33
114
10
2408
Virtual karabakh

Mehman Allahverdiyev “Kəpəz”ə qayıtdı

23 İyn, 2022
12:33
2408

Mehman Allahverdiyev “Kəpəz”ə qayıtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” klubunda yeni təyinat gerçəkləşib.

“Report”un əldə etdiyi məlumata görə, Mehman Allahverdiyev Gəncə təmsilçisinin idman direktoru təyin olunub.

Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Rəsmi açıqlama yaxın saatlarda veriləcək.

Qeyd edək ki, əslən gəncəli olan Mehman Allahverdiyev Azərbaycanın ən titullu məşqçilərindəndir. O, “Kəpəz”in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Allahverdiyev həm məşqçilik karyerası ərzində, həm də sonradan icraçı direktor kimi yalnız “Kəpəz”də çalışıb. O, 2016-cı il sentyabrın 22-də klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və o vaxtdan futbol sahəsində çalışmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri