24 
İyn
2022
12:21
68
31
1062
Virtual karabakh

Avstriyalı mütəxəssis Azərbaycanla vidalaşdı: “Burada keçirdiyim gözəl vaxtı unutmayacağam!”

24 İyn, 2022
12:21
1062

Avstriyalı mütəxəssis Azərbaycanla vidalaşdı: “Burada keçirdiyim gözəl vaxtı unutmayacağam!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.

Oxu.Az xəbər verir ki, avstriyalı mütəxəssis bununla bağlı danışıb:

“Son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində izlədiyimiz pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq, bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm.

Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam!”

Qeyd edək ki, Frits Ştuxlik 2018-ci il sentyabrın 14-dən etibarən AFFA-da Hakimlər Komitəsinin sədri vəzifəsində çalışırdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri