25 
İyn
2022
23:38
299
15
2034
Virtual karabakh

Sərbəst güləşçilərimiz Romada birinci oldular

25 İyn, 2022
23:38
2034

Sərbəst güləşçilərimiz Romada birinci oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub.

Sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıb.

Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri