29 
İyn
2022
23:16
216
21
1322
Virtual karabakh

Dünyanın ən yaxşı tennisçisi Ukrayna üçün xeyriyyə matçı keçirəcək - FOTO

29 İyn, 2022
23:16
1322

Dünyanın ən yaxşı tennisçisi Ukrayna üçün xeyriyyə matçı keçirəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar arasında dünyanın birinci raketkası İqa Sventek 126 gündür Rusiyanın təcavüzünə müqavimət göstərən Ukraynaya dəstək məqsədilə xeyriyyə oyunu təşkil edir.

Aksiyası iyulun 23-də Krakovda baş tutacaq və “İqa Sventek və dostlar Ukrayna üçün” adlanacaq.

İdmançı dostlarını başına toplayıb onlarla tennis oynayacaq. Sventekin rəqibi digər tanınmış polşalı tennisçi Aqneşka Radvanska olacaq.

Tədbirdə əfsanəvi futbolçu və məşqçi Andrey Şevçenko da iştirak edəcək.

Əldə edilmiş vəsait müharibədən zərər çəkmiş ukraynalı uşaqlara kömək etmək üçün “UNITED24” fonduna göndəriləcək.

Qeyd edək ki, hazırda İqa Sventek Uimbldon-2022-də çıxışını davam etdirir. Polçalı xanım ilk raundda Yana Fettə qalib gələrək ardıcıl 36-cı qələbəsini qazanaraq XXI əsrin rekorduna imza atıb

Mənbə: unian.net

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri