15 
İyl
2022
11:54
89
27
2986
Virtual karabakh

Azərbaycan klubu Çempionlar Liqası üçün braziliyalı transfer etdi

15 İyl, 2022
11:54
2986

Azərbaycan klubu Çempionlar Liqası üçün braziliyalı transfer etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının elit-raunduna vəsiqə qazanmaq istəyən ölkə çempionu bu dəfə braziliyalı Viktor Uqo Piresa ilə ortaq məxrəcə gəlib.

Onunla anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. 23 yaşlı hücumçu ötən mövsümü Qazaxıstan çempionatında keçirib. O, “Atırau” klubunun formasını geyinib. Futzalçı artıq Çempionlar Liqasının oyunlarında da təcrübə toplayıb. O, iki il əvvəl “Jalqiris”in heyətində qitənin əsas klub yarışında 3 oyun keçirib, 2 qol vurub. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər braziliyalılar – Mateus Katatau, Vitao və millimizin qapıçısı Rövşən Hüseynli ilə müqavilə imzalayıb. Təmsilçimiz avqustun birinci yarısında hazırlığa başlayacaq, Çempionlar Liqasında isə mübarizəyə oktyabrda start verəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri