24 
İyl
2022
22:35
131
42
3235
Virtual karabakh

Xavi ulduz futbolçuya yeni klub axtarmağı məsləhət gördü

24 İyl, 2022
22:35
3235

Xavi ulduz futbolçuya yeni klub axtarmağı məsləhət gördü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Memfis Depaya bildirib ki, əgər o, komandadan ayrılmasa, bütün mövsümü ehtiyat oyunçular skamyasında əyləşəcək.

Məlumata görə, Xavi hücumçu ilə ABŞ turnesində tanış olub. Məşqçi niderlandlı ilə səmimi olmaq istəyib və 28 yaşlı futbolçunun düşdüyü vəziyyəti gizlətməyib.

Xavi Depaya bildirib ki, Levandovski və Rafinyanın transferlərindən, eləcə də Dembele ilə yeni müqavilə imzalandıqdan sonra onun meydana daxil olmaq şansları minimuma enib. Buna görə də katalon mütəxəssis futbolçuya yeni klub axtarmağı tövsiyə edib, əks halda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirəcəyini bildirib.

Hazırda “Barsa” Memfis üçün ən azı 20 milyon avro istəyir. Hücumçunun kataloniyalılarla müqaviləsi 2023-cü ilin yayında bitir.

Xatırladaq ki, Depay “Barselona”ya ötən yay keçib.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri