27 
İyl
2022
17:32
116
21
1809
Virtual karabakh

Cerrarddan cəza tədbirləri: Qadağaların siyahısı və cərimələrin məbləğləri

27 İyl, 2022
17:32
1809

Cerrarddan cəza tədbirləri: Qadağaların siyahısı və cərimələrin məbləğləri

“Liverpul”un əfsanəvi futbolçusu, hazırda “Aston Villa”nın baş məşqçisi olan Stiven Cerrard klubda ciddi nizam-intizam yaratmaq qərarına gəlib. 

Belə ki, nizam-intizamı pozan futbolçuları pul cəriməsi gözləyir.

20 bənddən ibarət siyahıya aşağıdakı qadağalar və cərimələr daxildir:

- Məşqə gecikmə - 500 funt sterlinq (1 000 manat)

- Məşq üçün nəzərdə tutulan GPS tənzimləyicini evdə unutmaq – 100 funt sterlinq (205 manat)

- Məşq zamanı meydançaya gec çıxan futbolçu – hər gecikən dəqiqəyə görə 200 funt sterlinq (410 manat)

- Komanda ilə görüşə və ya oyun günü görüş yerinə gecikmək – 1 000 funt sterlinq (2 000 manat)

-  Məşqçi ilə görüşə gecikmək - hər dəqiqəsinə görə 200 funt sterlinq (410 manat)

- Oyun günü səliqəsiz görünüş (məşq kostyumu və ya polo geyinmək tələb edilir, şort geyinmək qadağandır) - hər səhv geyimə görə 100 funt sterlinq (205 manat)

- Masadan qalxandan sonra yığışdırılmayan hər qab dəstinə görə - 100 funt sterlinq (205 manat)

- Formanı məşqdən sonra meydançada qoyub getmək – hər dəstə görə  - 100 funt sterlinq (205 manat)

- Maşını səhv park etmək - 100 funt sterlinq (205 manat)

- Sponsorun təşkil etdiyi tədbirə gecikmək – 250 funt sterlinq (512 manat)

- Ad günündə tort gətirməmək - hər gün üçün 50 funt sterlinq (102 manat)

- Çəkələksiz duşa girmək – 100 funt sterlinq (205 manat)

- Klubun həkimlərinə travma və ya xəstəlik barədə məlumat verməmək - 200 funt sterlinq (410 manat)

- Həkimin təyin etdiyi bərpa prosedurlarına gecikmə - 200 funt sterlinq (410 manat)

- Qoxu tozunu istifadən sonra yığışdırmamaq – 200 funt sterlinq (410 manat)

- Zədədən bərpa üçün istifadə edilən dəsti evdə unutmaq – 50 funt sterlinq (102 manat)

- Sarı vərəqədən sonra hakimlə höcətləşmək – 200 funt sterlinq (410 manat)

Bundan əlavə daha iki qadağa ayrıca qeyd olunub:

- Qırmızı vərəqə alaraq meydanda komanda yoldaşlarını azlıqda qoyan futbolçu qarşıdakı bir ay ərzində komandanın nahar pulunu ödəməlidir;

- İkitərəfli matçda uduzan komandanın ən pis oyunçusu (qalib komandanın səsverməsi ilə müəyyən edilir) növbəti həftədə isinmə hərəkətlərini “Məşqdə ən zəif idim” sözləri yazılmış formanı geyinərək icra etməlidir.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri