28 
İyl
2022
16:43
393
29
8250
Virtual karabakh

“Qarabağ” - “Ferentsvaroş” oyununun hakimləri açıqlandı - YENİLƏNİB

28 İyl, 2022
16:43
8250

“Qarabağ” - “Ferentsvaroş” oyununun hakimləri açıqlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”la Macarıstanın “Ferentsvaroş” klubu arasında baş tutacaq qarşılaşmanın hakimləri məlum olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Məlumatlara görə, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşün baş hakimi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

10:56

“Qarabağ”ın Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

“Köhlən atlar”ın rəsmi “Facebook” səhifəsində yayılan xəbərə görə, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 22:00-da başlayacaq.

Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri