31 
İyl
2022
11:57
41
302
2518
Virtual karabakh

Mahir Emreli yenidən zədələnib

31 İyl, 2022
11:57
2518

Mahir Emreli yenidən zədələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.

“Report”un məlumatına görə, 25 yaşlı hücumçu evdə “İstra 1961” 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib. Belində ağrılar hiss edən forvard Bolqarıstanda “Ludoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.

Emreli ilə yanaşı, Teofil Katrin də sözügedən qarşılaşmada meydana çıxa bilməyəcək. Bruno Petkoviçin oynayıb-oynamayacağı isə sual altındadır.

“Ludoqorets” – “Dinamo” oyunu avqustun 2-də gerçəkləşəcək.

Qeyd edək ki, zədədən yenicə qayıdan Mahir Emreli “İstra 1961”lə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri