Avq
2022
23:39
262
18
5083
Virtual karabakh

UEFA-dan “Ferençvaroş”a CƏZA

5 Avq, 2022
23:39
5083

UEFA-dan “Ferençvaroş”a CƏZA

UEFA azarkeşlərin davranışına görə “Ferençvaroş”u cəzalandırıb.

Qərar “Slovan”la Çempionlar Liqasının seçmə mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən verilib.

Azarkeşlərin irqçi davranışına görə Macarıstan klubu UEFA-nın himayəsi altında keçirilən növbəti matçda stadionun bağlanması və 15 min avro məbləğində cərimə və ilə cəzalandırılıb.

Bundan əlavə, “Ferençvaroş” UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan pankart asmalıdır.

Kluba növbəti səfər matçı üçün bilet satışı da qadağan edilib.

Bundan əlavə, “Ferençvaroş” atəşfəşanlıq, kənar əşyalar atma, təxribat xarakterli təhqiredici şüarlar kimi hərəkətlərə görə 50 min avro cərimələnib.

Həmçinin, klub ictimai keçidləri bağladığına görə daha 14 min avro ödəməli olacaq.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri