Avq
2022
23:56
1440
49
13604
Virtual karabakh

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində! - YENİLƏNİB + VİDEO

9 Avq, 2022
23:56
13604

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində! - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Oxu.Az xəbər verir ki, Ağdam klubu bu uğura III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”a qalib gələrək əldə edib.

Azərbaycan çempionu Bakıda 1:1 hesablı bərabərliklə bitən oyunun revanşında səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib və Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib.

Bu mərhələdə “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq.

 

23:45

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq azalıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 86-cı dəqiqəsində Traore fərqi azaldan qola imza atıb. 

23:38

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq artıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 78-ci dəqiqəsində İbrahima Vadci dublunu rəsmiləşdirib. 

Hücumçu fərqi üç topa çatdırıb. 

23:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq artıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Vadci ikinci qolu vurub. 

O, Kadinin ötürməsindən sonra dəqiq oynayıb. 

23:06

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ilk yarını 1:0 hesabı ilə öndə bitirib. 

Matçın 7-ci dəqiqəsində Zubir fərqlənib. 

22:52

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ilk yarını 1:0 hesabı ilə öndə bitirib. 

Matçın 7-ci dəqiqəsində Zubir fərqlənib. 

22:07

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab açılıb. 

Qarşılaşmanın 7-ci dəqiqəsində Abdullah Zubir hesabı açıb. 

“Qarabağ” səfərdə qalib gəlir. 

22:00

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ferentsvaroş” və “Qarabağ” arasındakı matç start götürüb. 

Qarşılaşmada ilk hissə davam edir. Hesab açılmayıb. 

20:43

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Ferentsvaroş” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Ferentsvaroş”: 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş
Baş məşqçi: Stanislav Çerçesov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Groupama Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri