10 
Avq
2022
11:56
107
32
2079
Virtual karabakh

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

10 Avq, 2022
11:56
2079

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

AFFA-nın rəsmi saytının məlumatına görə, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.

Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri