11 
Avq
2022
10:54
63
40
2512
Virtual karabakh

Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu

11 Avq, 2022
10:54
2512

Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı və yoxlama oyunları ləğv olunub.

Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Buna səbəb Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınmasıdır.

Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi. Amma sənədləşmə prosesini vaxtında etmədiyinə və Azərbaycana giriş üçün viza ala bilmədiyinə görə Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.

Buna görə də Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri