11 
Avq
2022
15:18
140
8
3174
yuxarı
AFFA ermənilərin Çempionlar Liqası matçındakı təxribatına münasibət bildirib
11 Avq, 2022
15:18
3174
140
8
AFFA ermənilərin Çempionlar Liqası matçındakı təxribatına münasibət bildirib
“AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır”.
Bunu “Report”a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.
O bildirib ki, təxribatla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək:
“Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq”.
Qeyd edək ki, oyun zamanı erməni azarkeşlər üzərində “Qarabağ Ermənistandır” yazılan şüar qaldırıblar.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək