12 
Avq
2022
01:08
334
162
9898
Virtual karabakh

Konfrans Liqası: “Neftçi” mübarizəni dayandırdı - YENİLƏNİB + VİDEO

12 Avq, 2022
01:08
9898

Konfrans Liqası: “Neftçi” mübarizəni dayandırdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, III təsnifat mərhələsində “Rapid”lə qarşılaşan “ağ-qaralar” iki oyunun nəticəsinə görə, məğlub olub.

İlk matçda Bakıda 2:1 hesablı qələbə qazanan “Neftçi” səfərdə 0:2 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

00:55

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Rapid” (Vyana) - “Neftçi” matçında ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 113-cü dəqiqəsində Druyif meydan sahiblərinin ikinci qoluna imza atıb. 

00:28

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Rapid” (Vyana) - “Neftçi” matçında əlavə vaxt oynanılır. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas 90 dəqiqəsi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdığından, Bakıdakı matçda isə "Neftçi" 2:1 hesablı qalib gəldiyi üçün ümumi hesab 2:2 olub və əlavə vaxta ehtiyac yaranıb.  

Hazırda meydan sahibləri qalib gəlir - 1:0.

23:57

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Rapid” (Vyana) - “Neftçi” matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 67-ci dəqiqəsində meydan sahibləri hesabda önə çıxıblar.

Qrüll fərqlənib. 

23:35

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rapid” (Vyana) - “Neftçi” matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, oyunda qolsuz bərabərlik davam edir. 

23:19

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rapid” (Vyana) - “Neftçi” matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, tərəflər ilk 45 dəqiqəni qolsuz başa vurublar.

22:34

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rapid” (Vyana) - “Neftçi” matçı start götürüb.

Oxu.Az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb. 

21:12

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rapid” (Vyana) və “Neftçi”nin start heyətləri açıqlanıb.

“Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld
Baş məşqçi: Ferdinand Feldhofer

“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf

Qeyd edək ki, bu gün keçiriləcək “Rapid” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri