12 
Avq
2022
12:12
57
6
939
Virtual karabakh

İslamiadada ağırlıqqaldırma növü üzrə medal təqdimatında yenilik edilib

12 Avq, 2022
12:12
939

İslamiadada ağırlıqqaldırma növü üzrə medal təqdimatında yenilik edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma növü üzrə medal təqdim etmə qaydasında yenilik edilib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hər bir çəki dərəcəsində birdən və təkanla hərəkətlər üzrə də qazanılan kiçik medallar ümumi sıralamada nəzərə alınmağa başlayıb.

Əvvəllər medallar yalnız iki hərəkətin cəmində göstərilmiş nəticəyə əsasən verilirdi.

İslamiadada ağırlıqqaldırma yarışlarına avqustun 11-də start verilib. Azərbaycan təmsilçisi Nazilə İsmayılova 45 kq çəki dərəcəsində iki hərəkətin cəmində 121 kq nəticə göstərib. O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib. Azərbaycan idmançısı həm hər iki hərəkətdə, həm də onların cəmində 3-cü yeri tutub.

İslamiadanın medal sıralamasında İsmayılovanın 3 bürünc medal qazandığı göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri