12 
Avq
2022
20:11
598
26
3335
Virtual karabakh

Ramil Quliyev İslamiada rekordu ilə qalib olub - FOTO

12 Avq, 2022
20:11
3335

Ramil Quliyev İslamiada rekordu ilə qalib olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.

Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.

Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.

Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb. Onun həyat yoldaşı Yekaterina Quliyev isə 800 metr məsafəyə qaçışda qızıl, 1500 metr məsafəyə və 4X400 metr məsafəyə estafet qaçışında gümüş medal əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri