17 
Avq
2022
12:22
257
17
1307
Virtual karabakh

Şahin Diniyev: “Qarabağ”ın şansı daha yüksəkdir”

17 Avq, 2022
12:22
1307

Şahin Diniyev: “Qarabağ”ın şansı daha yüksəkdir”

“Çexiya çempionu “Qarabağ”ın dişinə görə rəqibdir. Bu gün komandadan qələbə gözləyirəm. Sonuncu matçda sərgilədiyi oyun və görüşün nəticəsi bunu deməyə əsas verir”.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan təmsilçisinin “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis “köhlən atlar”dan gözləntilərinin müsbət olduğunu bildirib:

“Komanda Polşa, İsveçrə və Macarıstan çempionlarını da mübarizədən kənarlaşdırıb. Əvvəlki matçlarda şansları bərabər sayırdıq. Amma indi “Qarabağ”ın şansı daha yüksəkdir. Ağdam klubu eyforiyaya qapılmır. Bu qarşılaşmaya da ciddi hazırlaşıb. Artıq Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığındayıq. Bunu hər kəs dərk edir”.

Diniyev Maksim Medvedev və Kevin Medinanın yoxluğunun komandaya çox təsir etməyəcəyini vurğulayıb:

“Son iki qarşılaşmada onlarsız çıxış edirlər və uğurlu nəticə qazanırlar. Bəhlul Mustafazadə və Bədavi Hüseynov onların yoxluğunu unutdurublar. Medina və Medvedev səviyyəli və komandaya güc qatan oyunçulardır. Amma digərləri də müdafiədə səhvsiz oynamağı bacarırlar”.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri