19 
Avq
2022
09:32
64
13
2233
Virtual karabakh

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır - AFİŞA

19 Avq, 2022
09:32
2233

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

“Report”un məlumatına görə, günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq.

İlk iki turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7-10-cu yerləri bölüşdürürlər.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi qələbə qazanıb. Altı görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür - 20:20.

“Şamaxı” son altı oyunda uduzmayıb. “Səbail” son doqquz səfərdə yalnız bir dəfə məğlub olub.

Azərbaycan Premyer Liqası

III tur
19 avqust (cümə)
16:30. “Şamaxı” – “Səbail”

Şamaxı şəhər stadionu.

Qeyd edək ki, avqustun 20-də “Neftçi” “Sabah”ın qonağı olacaq. Bir gün sonra “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Bu turun “Turan Tovuz”-“Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri