19 
Avq
2022
17:40
176
16
1540
Virtual karabakh

Müharibə şəraitində futbol çempionatı: Ukrayna hökuməti təlimatları açıqladı - FOTO

19 Avq, 2022
17:40
1540

Müharibə şəraitində futbol çempionatı: Ukrayna hökuməti təlimatları açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hökuməti yeni mövsümdə futbol yarışlarının keçirilməsi ilə bağlı təlimatlar hazırlayıb. Qaydalar müdafiə idarəsi və polislə razılaşdırılaraq Gənclər və İdman Nazirliyi səviyyəsində təsdiqlənib.

Bildirilib ki, oyunlar tamaşaçısız keçiriləcək. Ancaq akkreditə olunmuş məhdud sayda şəxslərin - futbolçuların, məşqçilərin, hakimlərin, heyətlərin, matç rəsmilərinin, akkreditə olunmuş KİV nümayəndələrinin, tibbi xidmətin, Dövlət Fövqəladə Hallar Xidmətinin və Milli Polis əməkdaşlarının iştirakına icazə verilir.

İdman qurğularının operatorları evakuasiya planına malik olmalıdır, həmçinin bütün dövlət təhlükəsizlik qaydalarına uyğun və yarış iştirakçılarını tam tərkibini qəbul edə biləcək sığınacaqlar hazırlamalıdırlar. O da bildirilib ki, sığınacaqlar stadionlardan maksimum 500 metr məsafədə olmalıdır.

Hava hücumu xəbərdarlığı zamanı stadionun diktoru hər kəsdən sığınacağa getməyi tələb etməlidir. Matçın hakimi də dərhal oyunu dayandırmaq üçün fit çalmalı və komandalarla birlikdə sığınacağa yollanmalıdır.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında ilk turun oyunları avqustun 23-nə təyin edilib. Ölkə çempionu “Şaxtyor” Xarkovun “Metallist 1925” klubunu, vitse-çempion “Dinamo” isə “İnqulets”i qəbul edəcək. “Şaxtyor”la “Dinamo”nun üz-üzə görüşü yeddinci tura - oktyabrın ortalarına planlaşdırılıb.

Mənbə: Çempionat

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri