“Liverpul” üç xalı iki qolla qazandı, “Bavariya” “Barsa”dan üstün oldu - VİDEO
“Liverpul” üç xalı iki qolla qazandı, “Bavariya” “Barsa”dan üstün oldu - VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.
İlk oyun günündə 7 qarşılaşma keçirilib.
A qrupunda İngiltərə “Liverpul”u “Ayaks”ı qəbul edib. Oyunda son dəqiqə qolu ilə sevinən tərəf ev sahibləri olub - 2:1.
Bu qrupdakı “Reyncers” (Şotlandiya) - “Napoli” (İtaliya) matçı Britaniya kraliçası II Elizabetin vəfatı səbəbilə təxirə salınıb.
B qrupunda “Portu” Portuqaliyada Belçika “Brügge”sini, “Bayer” Almaniyada İspaniyanın “Atletiko” (Madrid) komandasını qəbul edib. Portuqaliyadakı oyun gözlənilmədən ev sahiblərinin böyük hesablı məğlubiyyəti (0:4), Almaniyadakı matç isə ev sahiblərinin qələbəsilə başa çatıb (2:0).
Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda baş tutub. Qrup mərhələsinə qələbə ilə start verən Almaniya “Bavariya”sı ilə İspaniya “Barselona”sı Münhendə üz-üzə gəlib. Matç qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparması ilə əlamətdar olub. Gözləntilərin əksinə olaraq, polşalı forvard bu matçda fərqlənə bilməyib. Onun komandası isə 2:0 hesabıyla uduzub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
13 sentyabr
A qrupu
“Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland) 2:1
B qrupu
“Portu” (Portuqaliya) – “Brügge” (Belçika) 0:4
“Bayer” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) 2:0
C qrupu
“Viktoriya” (Plzen, Çexiya) – “İnter” (İtaliya) 0:2
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) 2:0
D qrupu
“Sportinq” (Portuqaliya) – “Tottenhem” (İngiltərə) 2:0
“Marsel” (Fransa) – “Ayntraxt” (Frankurt, Almaniya) 0:1
Qeyd edək ki, II turun digər matçları sentyabrın 14-də olacaq.