16 
Sen
2022
19:16
466
20
2962
Virtual karabakh

Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu - YENİLƏNİB + FOTO

16 Sen, 2022
19:16
2962

Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında final görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosanı sınağa çəkib.

Rəqibini ipponla məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Azərbaycan cüdoçularının qitə çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medala sahib çıxıb.

18:34

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri