20 
Sen
2022
11:48
122
22
3099
Virtual karabakh

Rusiyalı məşqçi: “Mançester Siti”nin hücumçusu killerdir”

20 Sen, 2022
11:48
3099

Rusiyalı məşqçi: “Mançester Siti”nin hücumçusu killerdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı məşqçi İqor Korneyev “Mançester Siti”nin hücumçusu Erlinq Holandı killer və snayperlə müqayisə edib.

Baş məşqçi futbolçunun əla qol instinktinə görə onu bu cür səciyyələndirib.

“Mənim fikrimcə, onun unikal qol instinkti var. Bəzən sanki heç matçda yoxdur, lakin sonra lazım olan yerdə meydana çıxır. Bu mövsüm biz şedevr qollar görürük. O, hər şeyi o qədər sadə edir ki, hətta Romarionu xatırladım”, - deyə Korneyev bildirib.

“Onunla müsahibəni oxudum. Deyir ki, topa beş dəfə toxunmağı və beş qol vurmağı xəyal edir... Bu, unikal bir şeydir. Xalis killerdir. O, snayper kimi gözləyir, sonra anidən işini yerinə yetirir”, - deyə Korneyev vurğulayıb.

Erlinq Holand 2022/23 mövsümündə bütün yarışlarda on matçda 14 qol vurub.

Ötən həftəsonu İngiltərə Premyer Liqasının səkkizinci turunun matçında “Mançester Siti” səfərdə “Vulverhempton”u darmadağın edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Holandın həmin oyundakı qolu İngiltərə çempionatının rekordunu müəyyənləşdirib. Hücumçu debütdən sonra dörd səfər matçında ardıcıl qol vuran ilk oyunçu olub.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri