23 
Sen
2022
01:03
151
9
4125
Virtual karabakh

Millətlər Liqası: Türkiyə B liqasına vəsiqə qazandı, Niderland final mərhələsini təmin etdi – VİDEO

23 Sen, 2022
01:03
4125

Millətlər Liqası: Türkiyə B liqasına vəsiqə qazandı, Niderland final mərhələsini təmin etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.

Oxu.Az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya Danimarkanı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Fransa isə Avstriyanı 2 cavabsız qolla üstələyib.

4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi qrup liderliyini təmin edərək final mərhələsinə yüksəlib.

Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb - 2:1.

C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb.

Litva - Farer adaları matçında isə qalib müəyyənləşməyib - 1:1.

Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.

3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib.

Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib.

Belarus kollektivi bu nəticədən sonra D Liqasına düşüb.

Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur

A Liqası
1-ci qrup

Fransa - Avstriya - 2:0
Qollar:
Kilian Mbappe, 56. Olivye Jiru, 65

Xorvatiya - Danimarka - 2:1
Qollar:
Borna Sosa, 49. Lovro Mayer, 79 - Kristian Eriksen

4-cü qrup

Polşa - Niderland - 0:2
Qollar:
 Kodi Qakpo, 14. Stiven Berqveyn, 60

Belçika - Uels - 2:1
Qollar:
 Kevin De Brüyne, 11. Mişi Batşuayi, 37 - Kieffer Moore, 50

C Lqası
1-ci qrup

Türkiyə - Lüksemburq - 3:3
Qollar:
 Cengiz Ünder, 16 (penalti). Maksim Şano (avtoqol), İsmail Yüksek, 87 - Marvin Martins, 9. Danel Sinani, 37. Jerson Rodriges, 69

Litva - Farer adaları - 1:1
Qollar:
 Vykintas Slivka, 41 - Yakub Andreasen, 22

3-cü qrup

Qazaxıstan - Belarus - 2:1
Qollar:
 Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 - Pavel Savitski, 45+3
Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)

Slovakiya - Azərbaycan - 1:2
Qollar:
Erik Yirka, 90+3 (penalti) - Renat Dadaşov, 44. Höccət Haqverdi, 90+5

D Liqası
1-ci qrup

Latviya - Moldova - 1:2
Qollar: Yanis İkauniyeks, 55 - Yoan-Kelin Revenko, 26. Yon Nikolaesku, 45

Lixtenşteyn - Andorra - 0:2
Qollar:
 Albert Rosas, 4. Joan Cervos, 81

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri