25 
Sen
2022
00:50
829
32
10903
Virtual karabakh

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin etdi – YENİLƏNİB + VİDEO

25 Sen, 2022
00:50
10903

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin etdi – YENİLƏNİB + VİDEO

UEFA Millətlər Liqasında V tura yekun vurulub.

“Report”un məlumatına görə, 3-cü oyun günündə A, B və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrəyə, Çexiya isə Portuqaliyaya uduzub.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanı darmadağın edib. Şotlandiya isə evdə İrlandiyaya qalib gəlib.

2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı məğlub edərək, adını pley-offa yazdırıb. Meydan sahibləri həəmçinin A Liqasına vəsiqə qazanıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç isə Serbiya ilə bacarmayıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəliblər.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
24 sentyabr

A Liqası
2-ci qrup
İspaniya - İsveçrə - 1:2
Qollar:
 Xordi Alba, 55 - Manuel Akanci, 21. Brel Embolo, 59

Çexiya - Portuqaliya - 0:4
Qollar:
 Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82

Xal durumu: İspaniya - 8, Portuqaliya - 7, Çexiya - 4, İsveçrə - 3

B Liqası
1-ci qrup
Ermənistan - Ukrayna - 0:5
Qollar:
 Aleksandr Timçık, 22. Aleksandr Zubkov, 57. Artyom Dovbik, 69; 84. Danil İqnatenko, 81.

Şotlandiya - İrlandiya - 2:1
Qollar:
 Cek Hnendri, 49. Rayan Kristi, 82 (penalti) - Con İqan, 18

Xal durumu: Ukrayna 10, Şotlandiya - 9, İrlandiya - 4, Ermənistan - 3

2-ci qrup
İsrail - Albaniya - 2:1
Qollar:
 Şon Veysman, 46. Tay Baribo, 90+2 - Mürto Uzuni, 88

Xal durumu: İsrail - 8 (4 oyuna), İslandiya - 3 (3 oyuna), Albaniya - 1 (3 oyuna), Rusiya* - 0

4-cü qrup
Sloveniya - Norveç - 2:1
Qollar:
 Andraj Şporar, 69, Benyamin Şeşko, 81 - Erlinq Holann, 47

Serbiya - İsveç - 4:1
Qollar:
 Aleksandar Mitroviç, 18; 45+1; 48. Saşa Lukiç, 70 - Viktor Klaesson, 15

Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3

C Liqası
2-ci qrup
Şimali İrlandiya - Kosovo - 2:1
Qollar:
 Gevin Uayt, 82 - Coş Macennis, 93 - Vedat Muriki, 58

Kipr - Yunanıstan - 1:0
Qol:
 Marinos Tsionis, 18

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Kipr - 5, Şimali İrlandiya - 2.

22:54

UEFA Millətlər Liqasında daha bir qarşılaşma Sloveniyada baş tutub.

Oxu.Az xəbər verir ki, B liqasının 4-cü qrupunun 5-ci turunda Norveç səfərdə Sloveniyanın qonağı olub.

Qarşılaşmada hesabı qonaqlar açıb. Erlinq Holan 47-ci dəqiqədə fərqlənib.

Bu, “Mançester Siti”nin hücumçsunun millinin heyətində meydana çıxdığı 22-ci oyunda 21-ci qolu olub.

Lakin Holanın ultraməhsuldarlığı komandasına bəs etməyib.

61-ci dəqiqə Sporar, 81-ci dəqiqədə isə Sesko ilə iki qol vuran meydan sahibləri yekunda qələbə qazanıblar.

Qolları təqdim edirik:

19:34

UEFA Millətlər Liqasında oyunlar davam edir.

Oxu.Az xəbər verir ki, B liqasının 1-ci qrupunun 5-ci turunda Ukrayna Ermənistana qonaq olub.

İrəvanda keçirilən oyunda Ukrayna millisi özünü qonaq kimi aparmayıb.

Belə ki, üç gün əvvəl Şotlandiyaya 0:3 hesabı ilə məğlub olan Oleksandr Petrakovun yetirmələri bu dəfə Ermənistanı meydana çıxmağa peşman ediblər.

Qonaqlar meydan sahiblərinin qapısından 5 cavabsız qol keçiriblər.

Matçın qısa icmalını təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri