25 
Sen
2022
21:15
252
14
1325
Virtual karabakh

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

25 Sen, 2022
21:15
1325

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirinə yekun vurulub.

Yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.

11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri