30 
Sen
2022
17:46
102
44
3190
yuxarı
Acun İlıcalının klubu baş məşqçi ilə yollarını ayırdı
30 Sen, 2022
17:46
3190
102
44
Acun İlıcalının klubu baş məşqçi ilə yollarını ayırdı
Türkiyəli iş adamı Acun İlıcalının sahibi olduğu İngiltərə Premyer Liqasının komandası “Hall Siti” baş məşqçi Şota Arveladze ilə yollarını ayırdığını açıqlayıb.
“Şota ilə komandanın inkişafı və klubun gələcəyi ilə bağlı bir neçə dəfə danışmışıq. Danışıqların nəticəsində ortaq məxrəcə gələ bilmədiyimiz məlum oldu və yollarımızı ayırmaq qərarına gəldik. Şota və Peterə təşəkkür edirik. Dərin hörmətlə və gələcəyə doğru sevgi dolu arzularımızla ayrılırıq”, - deyə “Hall Siti” İdarə Heyətinin sədri Acun İlıcalı klubun rəsmi saytına açıqlama verib.
Şota Arveladzenin yerinə müvəqqəti olaraq Endi Douson təyin edilib.
Bu mövsüm 10 oyunda 11 xalı olan “Hall Siti” xallar cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
Mənbə: Haber Global
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək