30 
Sen
2022
17:24
173
18
922
Virtual karabakh

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

30 Sen, 2022
17:24
922

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondoçusu Cavad Ağayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı yarışın sonuncu günündə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

1/16 finalda Pablo Patinonu (İspaniya) məğlub edən taekvondoçu ardıcıl olaraq Aleksios Bouqasa (Yunanıstan), Furkan Körpeyə (Türkiyə) və Con Porxa (Almaniya) qalib gələrək finala yüksəlib.

Ağayev həlledici döyüşdə Arslan Dəmirə (Türkiyə) uduzaraq, gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı mükafatların sayı üçə çatıb. Daha öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri