Okt
2022
23:00
34
136
2481
Virtual karabakh

Qonzalo İquain ağlayaraq futboldan gedəcəyini açıqladı

3 Okt, 2022
23:00
2481

Qonzalo İquain ağlayaraq futboldan gedəcəyini açıqladı

Qonzalo İquain 2022-ci il mövsümünün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb.

“El Pipita” ləqəbli futbolçu “River Pleyt”, “Real Madrid”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi”, “İnter Mayami” kimi klublardakı inanılmaz karyerasından sonra futbolu tərk edəcəyini bildirərkən mətbuat konfransında ağlayıb.

O, qərarını sosial medianın təsirilə izah edib.

“Sosial mediada futbol ətrafında bir növ zəhərli hisslər dolaşır. Sosial şəbəkələrdə şərhlərin vurduğu zərəri təsəvvür edə bilməzsiniz. Mən çox əziyyət çəkirdim, ailəm mənə kömək etdi. İnsanlar sosial mediada kiməsə hücum etməzdən əvvəl düşünməlidirlər - bu, həqiqətən də ciddi mövzudur”, - deyə o, bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri