Okt
2022
09:36
85
11
1851
Virtual karabakh

Çempionlar Liqası: “Barselona” “İnter”lə, “Napoli” “Ayaks”la qarşılaşacaq

4 Okt, 2022
09:36
1851

Çempionlar Liqası: “Barselona” “İnter”lə, “Napoli” “Ayaks”la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutacaq. “İnter” doğma meydanda İspaniya “Barselona”sını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. C qrupunun lideri “Bavariya” isə Almaniyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını sınağa çəkəcək.

Daha bir vacib görüş A qrupunda olacaq. İlk 2 turdan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən İtaliya “Napoli”si Niderlandda “Ayaks”ın qonağı olacaq. Bu qrupun digər matçında isə “Liverpul” İngiltərədə Şotlandiya “Reyncers”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr

A qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Reyncers” (Şotlandiya)

23:00. “Ayaks” (Niderland) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” - 6. “Liverpul” - 3. “Ayaks” - 3. “Reyncers” - 0.

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Bayer” (Almaniya)

23:00. “Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Brügge” - 6. “Bayer” - 3. “Atletiko” - 3. “Portu” - 0

C qrupu

20:45. “Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya)

Xal durumu: “Bavariya” - 6. “Barselona” - 3. “İnter” - 3. “Viktoriya” - 0

D qrupu

20:45. “Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya)

23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Sportinq” - 6. “Tottenhem” - 3. “Ayntraxt” - 3. “Marsel” - 0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri