Okt
2022
13:46
23
125
2140
Virtual karabakh

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

6 Okt, 2022
13:46
2140

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib:

Premyer Liqanın VIII turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Qarabağ” klubu 4000 manat (maddə 41.7) cərimə olunub.

54-cü dəqiqədə “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Neftçi” klubu 4000 manat (maddə 41.7) cərimə olunub.

VIII turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 1600 manat  (maddə 51.1) cərimə olunub.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat (maddə 39) cərimə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri