Okt
2022
17:06
185
13
2036
Virtual karabakh

UEFA Azərbaycan klublarına yarım milyon avrodan çox ödəniş etdi

6 Okt, 2022
17:06
2036

UEFA Azərbaycan klublarına yarım milyon avrodan çox ödəniş etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ümumilikdə 519 578 avro ödəniş edib.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.

Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a 157 337 avro, “Sabah”a 106  111 avro, “Sumqayıt”a 98 793 avro, “Şamaxı”ya 73180 avro, “Neftçi”yə 58 544 avro, “Zirə”yə 21 954 avro, “Səbail”ə isə 3 659 avro ödənilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri