Okt
2022
10:44
309
16
3546
Virtual karabakh

“Qarabağ”ı və futbolçularını fərqləndirən göstəricilər

7 Okt, 2022
10:44
3546

“Qarabağ”ı və futbolçularını fərqləndirən göstəricilər

UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu raundda Yunanıstanda “Olimpiakos”u məğlub edən “Qarabağ” ən çox qol vuran komandalar arasındadır. “Atlılar” 3 matçda 7 qol vurub və 3-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu ilə yanaşı, “Midtüllan” (Danimarka), “Frayburq” (Almaniya) və “Betis”in də 7 qolu var. Bu komandalar isə müvafiq olaraq 2, 4 və 5-ci pillədə yer alıblar. Göstərici üzrə lider Niderland “Feyenoord”udur - 10 qol.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3 matçın 2-də qapısını toxunulmaz saxlayıb. “Atlılar” bu göstəricidə “Frayburq”, “Braqa” (Portuqaliya), “Real Sosyedad” (İspaniya) və “Şturm” (Avstriya) ilə birlikdə 1-4-cü sıraları bölüşüb. “Qarabağ” UEFA-nın siyahısında ilk sırada qeyd edilib.

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu 3 matçda qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Qanalı forvard 7 dəfə hədəfə vurub və bunların 1-i qolla nəticələnib. Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borqes isə 2 məhsuldar ötürmə ilə assistentlər arasında 4-cüdür.

“Qarabağ”ın daha bir futbolçusu Şahruddin Məhəmmədəliyev də statistik göstəriciləri ilə diqqət çəkməyi bacarıb. Qolkiper 3 oyunda 12 qurtarış edib və ən yaxşı qapıçılar arasında 6-cıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri