Okt
2022
01:31
342
14
2387
Virtual karabakh

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazandılar - FOTO

8 Okt, 2022
01:31
2387

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazandılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıblar.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Low kick” növdə Şükür Aslanlı (-42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (-63,5 kq), Səfərəli Vəhədov (-71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və “Full contact”da Murad Məmmədov (-60 kq) bürünc medal qazanıblar.

“Low kick”də Rinat Qiyasov (-45 kq), Renat Qiyaslı (-51 kq), “Full contact”da Əli Cəfərli (-54 kq) və “Kick light”də Kənan Cəfərli (-57 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi indiyə olan duruma görə 6 qızıl medal qazanıb. Yeniyetmə və gənc dünya çempionlarımız K1-də Murad Gəncəliyev (-45 kq), Rafiq Babazadə (-48 kq), “Low kick”də Sübhan Məmmədov (-45 kq), Ramal Zeynallı (-48 kq), Elvin Məmmədov (-54 kq) və “Kick light”də Nizami Əliyevdir (-32 kq).

8 oktyabr yarışın son günüdür. Komandamız daha 3 final döyüşündə qüvvəsini sınayacaq. Bunlar qızıl medal ümidlərimiz olan Amin Quliyev, Vüqar Məmmədov və Akif Quluzadədir.

Qeyd edək ki, ötən il Monteneqroda keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri