31 
Okt
2022
22:37
98
29
2279
Virtual karabakh

Azərbaycan millisinin rəqibi mundiala ciddi itki ilə yollana bilər

31 Okt, 2022
22:37
2279

Azərbaycan millisinin rəqibi mundiala ciddi itki ilə yollana bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər.

Oxu.Az xəbər verir ki, İtaliya “İnter”ində icarə əsasında çıxış edən yığmanın aparıcı hücumçusu Romelu Lukaku zədələnib.

Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun mundialı buraxa biləcəyi istisna olunmur.

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

“Qırmızı şeytanlar” kimi tanınan Belçika yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri