Noy
2022
21:01
117
46
1558
Virtual karabakh

Azərbaycan güləşçisi: “Zədə mənə problem yaradırdı”

6 Noy, 2022
21:01
1558

Azərbaycan güləşçisi: “Zədə mənə problem yaradırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Görüş çox gərgin keçdi. Zədəm mənə problem yaradırdı. Qabırğamda qırıq olduğu üçün istədiyim fəndləri edə bilmirdim”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Arif Həbibullahiyə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

77 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibini tam üstünlüklə məğlub etmək istədiyini bildirib: “Zədə bir az mane oldu. Əsas odur ki, qalib gəldim. Özümdən əvvəl komandanı düşünürəm. Burada yığma üçün çalışırıq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri