20 
Noy
2022
06:42
39
211
4148
Virtual karabakh

Rusiyada xokkeyçi hakimi döydü - VİDEO

20 Noy, 2022
06:42
4148

Rusiyada xokkeyçi hakimi döydü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada həvəskar xokkey liqasında oyunçu hakimi döyüb.

İnsident “Əmək Ehtiyatları” Liqasının Moskvanın “Leopardlar” və “HC Revol Ice” komandaları arasında “Çkalov Arena”da keçirilən matçda baş verib.

Hakim ikinci hissənin 10-cu dəqiqəsində “Leopardlar”ın xokkeyçisini meydandan qoyub. Müdafiəçi əvvəlcə cərimə skamyasına tərəf getsə də, daha sonra hakimə yaxınlaşaraq onu əlindəki xokkey taxtası ilə vurub. Hakim buzun üzərinə yıxıldıqda isə referini təpikləyib.

Rəqib oyunçular xokkeyçini hakimdən uzaqlaşdırıblar. Ona uzun müddət kömək göstərilib.

Komandalar ikinci dövrəni başa vurub, daha sonra görüşün vaxtından əvvəl dayandırılmasına qərar verilib və “Leopardlar”ın məğlubiyyəti qeydə alınıb - 0:5.

Qeyd edək ki, hakimi döyən xokkeyçi bu matçda köynəyində Utenkov soyadı ilə 99 nömrə altında çıxış edib. Halbuki, “Leopardlar”ın iştirak ərizəsində bu nömrə altında müdafiəçi Nikolay Rizin qeydə alınıb. Mixail Utenkovun nömrəsi isə sənəddə 20-dir.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri