20 
Noy
2022
22:00
714
71
14178
Virtual karabakh

DÇ-2022: Açılış matçını Ekvador qazandı - YENİLƏNİB + VİDEO

20 Noy, 2022
22:00
14178

DÇ-2022: Açılış matçını Ekvador qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb. 

Oxu.Az xəbər verir ki, turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb. 

A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib. 

Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq. 

21:09

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. 

20:52

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. 

20:35

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ekvadorun hücumçusu Enner Valensiya özünün və komandasının ikinci qolunu vurub. 

Hazırda oyun Ekvadorun üstünlüyü ilə davam edir - 2:0.

20:19

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb. 

Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb. 

Hazırda Ekvador qalib gəlir - 1:0.

20:02

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb. 

Oxu.Az xəbər verir ki, mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir. 

A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq. 

19:50

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu üçün start heyətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, ev sahibləri ilə Ekvador arasında keçiriləcək ilk matçın start heyətləri aşağıdakı kimidir.

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, “El-Bayt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

09:13

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Oxu.Az-ın məlumatına görə, sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək.

Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.

Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

İndiyədək final mərhələlərində 79 ölkə iştirak etmişdi. Qətər ilk dəfə yarışa qatılır və beləliklə, millilətin sayı 80-ə çatacaq. Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar.

Sonuncu mundialda - 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.

Dünya çempionatı
A qrupu

I tur

20:00. Qətər - Ekvador

Baş hakim: Daniele Orsato (İtaliya)

"El-Bayt" stadionu

Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri