21 
Noy
2022
10:22
128
14
1134
Virtual karabakh

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

21 Noy, 2022
10:22
1134

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək.

“Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gələcək.

Komanda IV turda Polşanı sınağa çəkəcək.

Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda dörd xalla B qrupunun lideridir.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri