21 
Noy
2022
13:38
154
5
792
Virtual karabakh

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazandı - FOTO

21 Noy, 2022
13:38
792

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.

“Report”un məlumatına görə, idmançı akademik avarçəkmə qayığında 42 kilometr məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.

“Commagene Rowing Marathon” adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.

Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 kilometr məsafələrdə yarışıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri