22 
Noy
2022
14:34
31
62
1770
Virtual karabakh

DÇ-2022: İranın antirekordları, tarixə düşən futbolçular və baş məşqçilər - FOTO

22 Noy, 2022
14:34
1770

DÇ-2022: İranın antirekordları, tarixə düşən futbolçular və baş məşqçilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında B qrupunun İngiltərə - İran oyununda bir neçə antirekord və rekordlar qeydə alınıb.

“Report”un məlumatına görə, Avropa təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatan oyunda altı oyunçu fərqlənib. İlk belə hal 2014-cü ildə Əlcəzair - Cənubi Koreya (4:2) qarşılaşmasında baş verib.

İran seçməsi tarixində ikinci dəfə bir matçda qapısında altı qol görüb. Yığma son olaraq 1950-ci ildə İstanbulda Türkiyə ilə yoldaşlıq görüşündə 1:6 hesabı ilə uduzub.

Asiyalılar mundiallar tarixində eyni oyunda 6 əvəzetmə (onlardan biri qapıçının beyin silkələnməsi ilə əlaqədardır) edən ilk milli kimi tarixə düşüb.

İranlı Hüseyn Hüseyni Zair yığmasının qapıçısı Dimbi Tubilandudan (DÇ-1974-də Yuqoslaviyaya qarşı) sonra dünya çempionatı matçında əvəzetmədən oyuna girən və 4-dən çox qol buraxan 2-ci qapıçıdır. Onların hər ikisi qapısında altı qol görüb.

İngiltərə ardıcıl ikinci böyük turnirdə bir matçda 6 dəfə fərqlənə bilib. Britaniyalılar DÇ-2018-də Panamanı darmadağın edib - 6:1. Baş məşqçi Qaret Sautgeyt də ölkəsinin tarixinə düşüb. O, mundiallarda baş məşqçi kimi qələbələrin sayını 9-a çatdırmaqla Alf Remsini (8) keçib.

Avropalılar sonuncu qollarını vurmaq üçün 35 ötürmədən yararlanıb. Bu, 1966-cı ildən sonra ən böyük göstəricidir. Ümumilikdə ingilislər İrana qarşı görüşü 737 dəqiq ötürmə ilə tamamlayıb. Yalnız 2018-ci ildə İspaniya seçməsi Rusiya ilə görüşdə 1008 ötürmə vermişdi. Komandanın hücumçusu Markus Reşford meydana daxil olduqdan 50 saniyə sonra fərqlənib. Bu, mundiallar tarixində əvəzetmədən oyuna girdikdən sonra vurulan ən sürətli 3-cü qoldur.

Cud Bellingem turnirdə 18 yaş 190-cı günündə qol vurub. O, İngiltərədə bu göstəriciyə görə yalnız Maykl Ouendən (18 yaş, 145 gün) geri qalır. Bellingem XXI əsrdə doğulan və DÇ-də qol vuran ilk futbolçu adına da sahib çıxıb. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında debüt etmədən İngiltərə millisinin heyətində mundialda fərqlənən ilk oyunçudur.

İngiltərəli Bukayo Saka (21 yaş 77 gün) Frants Bekkenbauerdən (20 yaş 304 gün) sonra mundialda dubl edən ən gənc futbolçudur.

Bellingem və Saka İngiltərə tarixində ilk dəfə mundial matçında 21 və ondan daha az yaşda fərqlənən oyunçulardır. Onların ümumi yaşları 40 il 222 günə bərabərdir. Futbolçular yalnız 1986-cı ildə SSRİ-yə qarşı görüşdə fərqlənən belçikalılar - Entso Şifo və Stefan Demoldan (40 yaş 212 gün) geri qalırlar.

Seneqalı 2:0 hesabı ilə yenən Niderland turnirin qrup mərhələsində keçirdiyi son 14 matçda uduzmayıb. “Narıncılar” 2021-ci ilin sentyabrından bəri Lui van Qalın rəhbərliyi altında 16 matçın heç birində məğlubiyyət yaşamayıb. Yığmada 38-ci qələbəsini qazanan mütəxəssis Dik Advakatın (37) rekordunu geridə qoyub.

ABŞ-ın baş məşqçisi Qreqq Berhalter də ölkəsinin tarixinə düşüb. O, mundialda oynayan (2002) və komandaya rəhbərlik edən ilk mütəxəssis olub. Amerikalılar Avropa komandalarına qarşı keçirdiyi son 18 matçın hər birində qol buraxıb. Komanda yalnız 1950-ci ildə İngiltərə ilə qarşılaşmada (1:0) qapısını toxunulmaz saxlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri