22 
Noy
2022
16:50
174
47
3718
yuxarı
Messi Qətərdə Maradonanın rekordunu təkrarladı
22 Noy, 2022
16:50
3718
174
47
Messi Qətərdə Maradonanın rekordunu təkrarladı
PSJ-nin hücumçusu Lionel Messi Qətərdə keçirilən DÇ-2022-də Argentina yığmasının start heyətində millinin ilk oyununa çıxıb. Səudiyyə Ərəbistanına qarşı matç 35 yaşlı futbolçu üçün dünya birinciliyində yığmanın heyətində 21-ci oyundur.
Messi bu göstərici ilə 1986-cı ilin dünya çempionu Dieqo Maradonanın uğurunu təkrarlayıb. Qeyd edək ki, dünya çempionatlarının final hissəsində oynanılmış matçların sayına görə rekordçu alman Lotar Matteusdur (25 oyun).
Bu, Messi üçün beşinci dünya çempionatıdır. Onun ən yüksək nailiyyəti 2014-cü il turnirində gümüş medal olub. Argentinalı beş dünya birinciliyində iştirak etmiş meksikalılar Antonio Karvaxal və Rafael Markesin, eləcə də alman Matteusun nailiyyətini təkrarlayıb.
Mənbə: RBK
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək