10 
Mar
2015
16:50
19
217
5172
Virtual karabakh

Qərar qəbul olundu: Ermənilər Bakıda Avropa Oyunlarında iştirak edəcəklər

10 Mar, 2015
16:50
5172

Qərar qəbul olundu: Ermənilər Bakıda Avropa Oyunlarında iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni Milli Olimpiya Komitəsi bəyanat verdi.

Ermənistan bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək. Lakin idmançılar öz iştirakları barədə qərarı özləri qəbul edəcəklər. Bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) iclasında qəbul edilib, Oxu.Az News.am-a istinadən xəbər verir.

Xatırladaq ki, erməni yunan-Roma güləşi yığmasının baş məşqçisi, olimpiya çempionu Levon Culfalakyan və Ermənistan Güləş Federasiyası Bakıya gəlməyin əleyhinə çıxış etmişdilər.

Ermənistanın idman naziri Qabriyel Kazaryan isə News.am-a söhbətində erməni idmançıların Avropa Oyunlarında iştirakını mütləq adlandırmışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri