29 
Noy
2022
21:03
228
52
4448
Virtual karabakh

DÇ-2022: Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB + VİDEO

29 Noy, 2022
21:03
4448

DÇ-2022: Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB + VİDEO

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək. 

20:23

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Oxu.Az-ın məlumatına görə, Avropa təmsilçisinin heyətində Frenki de Yonq 49-cu dəqiqədə fərqi iki topa çatdırıb - 2:0. 

20:07

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda ikinci hissə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, Avropa təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 26-cı dəqiqədə Kodi Qakpo vurub. 

19:54

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, Avropa təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. 

19:29

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

Oxu.Az-ın məlumatına görə, 26-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib - 1:0.

19:00

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

18:02

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Niderland və Qətər yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri