30 
Noy
2022
16:36
78
23
2282
Virtual karabakh

KİV: Mbappe ətrafında yeni transfer qalmaqalı yaranacaq

30 Noy, 2022
16:36
2282

KİV: Mbappe ətrafında yeni transfer qalmaqalı yaranacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstedadlı fransız futbolçu Kilian Mbappenin PSJ-dəki gələcək karyerası qeyri-müəyyən olaraq qalır.

İddia edilir ki, Madrid “Real”ının təklifindən imtina edən və çıxış etdiyi klubla yeni müqaviləyə imza atan hücumçu bir neçə ay sonra verdiyi qərardan peşman olub.

Hücumçunun bu qərarsızlığı isə Fransa klubunu çaşqınlığa salıb.

Artıq mətbuat Mbappe ətrafında yeni transfer qalmaqalının yaranacağını proqnoz verir.

“Belə olacağı təqdirdə parislilər hücumçunu yalnız yaxşı qiymətə satacaqlar. Dünyada bir neçə klub var ki, PSJ-nin maliyyə tələblərini yerinə yetirmək iqtidarındadır və çox güman ki, Mbappe üçün ödəniləcək məbləğ yeni transfer rekorduna çevriləcək”, - nəşr yazır.

Qeyd edək ki, Mbappenin transferində “Liverpul” və “Mançester Yunayted” canfəşanlıq göstərir.

Mənbə: The Athletic

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri