30 
Noy
2022
20:45
18
102
2818
Virtual karabakh

DÇ-2022: Azərbaycan millisinin məşqçisi favoritlərini açıqlayıb

30 Noy, 2022
20:45
2818

DÇ-2022: Azərbaycan millisinin məşqçisi favoritlərini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın U-19 millisinin məşqçisi Arif Əsədov Qətərdə keçirilən dünya çempionatındakı favoritlərini açıqlayıb.

52 yaşlı mütəxəssis “Report”a açıqlamasında Braziliya və Fransa yığmalarının çempionluğa daha iddialı olduğunu bildirib.

O, Portuqaliya millisinin də bu siyahıya əlavə oluna biləcəyini istisna etməyib. Mundialla bağlı ümumi fikirlərini də bölüşən Əsədov oyunların maraqlı keçdiyini söyləyib:

“Gözlənilməz nəticələr qeydə alınır. Bu mundialın digərlərindən müəyyən fərqləri var. Futbol artıq o həddə çatıb ki, çempionluq uğrunda istənilən komanda mübarizə apara bilir. Afrika və Asiya ölkələri də titula iddia edirlər. Ona görə sürpriz nəticələr olur. Digər fərq dünya çempionatının qışda keçirilməsidir. Əvvəllər mundialı yay aylarında izləyirdik. Bir çox ölkələrdə çempionat davam etdiyindən yığmalar yaxşı vəziyyətdədir. Əvvəlki mundiallar mövsümün sonuna təsadüf etdiyi üçün futbolçularda yorğunluq nəzərə çarpırdı. İndi isə oyunçular pik nöqtələrinə yaxın olduqlarından oyunların sürəti, dinamikası yüksəkdir”.

Təcrübəli mütəxəssis hansısa yığmaya azarkeşlik etmədiyini vurğulayıb:

“Futbola, sadəcə, mütəxəssis gözü ilə baxıram. Daha çox gedişləri, meydanda baş verənləri, yeni taktiki sxemləri izləyirəm”.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri