30 
Noy
2022
18:00
311
29
3437
Virtual karabakh

İran millisinin baş məşqçisi istefa verib - FOTO

30 Noy, 2022
18:00
3437

İran millisinin baş məşqçisi istefa verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Oxu.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə qərarını özünün “Instagram” səhifəsində açıqlayıb.

“Gənclər və əziz dostlar, arzularınıza çatmaq üçün mübarizə apardığınız və əlinizdən gələni etdiyiniz müddətcə ona çatmamaq ayıb deyil. Mən sizinlə fəxr edirəm, meydanda və ondan kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf və imtiyaz idi. Siz hörmətə layiqsiniz. Sizə xoşbəxtlik, uğurlar və cansağlığı arzulayıram. Təşəkkür edirəm”, - deyə o bildirib.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşıblar. Amerikalılar 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəliblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri