30 
Noy
2022
20:59
159
149
4100
Virtual karabakh

DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub - YENİLƏNİB + VİDEO

30 Noy, 2022
20:59
4100

DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.

Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək. 

20:28

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib - 1:0.

20:09

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda ikinci hissə başlayıb.

Hələlik qarşılaşmada hesab açılmayıb.

19:52

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

19:05

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.

Tunis və Fransa yığmalarının start heyətləri:

Tunis: 16. Aymen Dahmen, 15. Muhammed Ben Romdahne, 5. Nader Qandri, 21. Vacdi Keçrida, 10. Vahbi Xazri, 14. Aissa Layduni, 12. Ali Maalul, 4. Yassin Meria, 17. Elliess Sxiri, 25. Ben Slimani, 3. Montassar Talbi.

Fransa: 16. Stiv Mandanda, 25. Eduardo Kamavinqa, 20. Kinqsli Koman, 3. Aksel Disasi, 13. Yusuf Fofana, 6. Matteo Qenduzi, 12. Randal Kolo Muani, 24. İbrahima Konate, 8. Aurelien Çaumeni, 4. Rafael Varan, 15. Cordan Veretut.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri