Dek
2022
22:28
77
33
2228
Virtual karabakh

UEFA “Yuventus”la bağlı araşdırmaya başlayıb

1 Dek, 2022
22:28
2228

UEFA “Yuventus”la bağlı araşdırmaya başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klublara Maliyyə Nəzarəti Komitəsinin (СFCB) Birinci Palatası İtaliyanın “Yuventus” klubuna qarşı lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarının mümkün pozuntularına görə araşdırma başladıb.

Bu barədə cümə axşamı UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İstintaq İtaliyanın Şirkətlər və Birjalar Komissiyası ilə Turin prokurorluğunun apardığı araşdırma nəticəsində ictimaiyyətə açıqlanan maliyyə pozuntuları iddialarına diqqət yetirəcək.

Bildirilir ki, CFCB-nin Birinci Palatası münasib hesab etdiyi istənilən hüquqi və intizam tədbirini görə bilər.

Həmçinin, vurğulanır ki, qurum səlahiyyətlilərlə əməkdaşlıq edəcək və istintaq dövründə hər hansı şərhdən imtina edəcək.

Qeyd edək ki, noyabrın 29-da “Yuve”nin direktorlar şurası üzvlərinin əksəriyyəti, o cümlədən prezident Andrea Anelli və vitse-prezident Pavel Nedved istefa verib. Dekabrın 1-də Turin prokurorluğu Annellinin məhkəməyə gəlməsi üçün çağırış vərəqəsi hazırlayıb.

O və digər liderlər klubun maliyyə idarəçiliyində pozuntularda şübhəli bilinir. İstintaq xüsusilə, 2018-2021-ci illərdə “Yuventus”da oynamış portuqaliyalı hücumçu Kriştiano Ronaldo da daxil olmaqla, səhv maliyyə məlumatlarının təqdim edilməsi, fırıldaqçılıq və şişirdilmiş oyunçu alış məbləğləri ilə bağlıdır. “Yuventus” rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi verməkdə, audit nəzarətinə mane olmaqda ittiham oluna bilər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri